“ƏDV”dən yararlanan hər kəs üçün VACİB XƏBƏR – VIDEO

5-04-2023, 10:04           
“ƏDV”dən yararlanan hər kəs üçün VACİB XƏBƏR – VIDEO
Daşınmaz əmlakın alınmasına görə bu günə qədər 5 milyon manatdan artıq “ƏDV” vətəndaşlara qaytarılıb.

Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar dövlət vergi xidmətinin yaratdığı portaldan qeydiyyatdan keçdikdən sonra “ƏDV”-ni ala biliblər.

Qeyd edək ki, “ƏDV”-ni ala bilməyənlər də olub.

Bəs buna səbəb nədir ?

Dövlət Vergi Xidmətinin şöbə rəhbəri Telman Məmmədovun “Xəzər Xəbər”ə verdiyi məlumata görə, portalın istifadəyə verildiyi tarixdən indiyədək vergi orqanlarına 6 min 5 müraciət daxil olub. 2001 müraciət üzrə ümumilikdə 5 milyon manatdan artıq vəsait vətəndaşlara qaytarılıb.

Telman Məmmədov deyir ki, layihənin tətbiqi ilə bağlı bir sıra problemlər var.

Vətəndaşlara tövsiyə edilir ki, problemlə qarşılaşmamaq üçün müraciətdən əvvəl edənlər banklardan bəzi məlumatları dəqiqələşdirməlidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru