"Belə məsuliyyətsiz banka rast gəlməmişəm...." - MÜRACİƏT

28-04-2023, 11:38           
"Belə məsuliyyətsiz banka rast gəlməmişəm...." - MÜRACİƏT
"Martın 15-i "birkart taksit" kartı ilə alış-veriş etdim". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Murad Salayev adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır:

" `Oba` marketdən 403.50 "poxt terminal"a çıxıldı kartımdan... Kassir dedi ki, bəs şbəkədə problem oldu... yenidən çıxmalıyıg. Məndən əlavə olaraq 403,5 manat çıxdılar.

Satıcı dedi ki, bankla əlaqə saxla, qaytaracaqlar... "Kapital Bank"a demək olar ki, 2 aya yaxın vaxtdır ki zəng edirəm... Hələ də deyirlər ki, araşdırma gedir...

Şek məndədir... Hər şey aydındır və ortadadır... Amma bunlar deyirlər ki, araşdırma gedir... 43 gündür ki, araşdırma sona çatmır. Amma mənə 10 iş günü demişdilər.

Mən bu "kapital Bank" kimi məsuliyyətsiz, müştərini incidən 2-ci bir bankı tanımıram..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləmyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru