Bakıda taksi qiymətləri bahalaşdı - AÇIQLAMA

28-04-2023, 13:38           
Bakıda taksi qiymətləri bahalaşdı - AÇIQLAMA
Bakıda fəaliyyət göstərən taksi xidmətlərində gediş haqqı artıb.

TEREF.AZ bildirir ki, qiymətin bahalaşmasını taksi sürücüləri və sərnişinlər də Trend-ə təsdiqləyib.

Onların sözlərinə görə, gediş haqqı 30%-ə qədər bahalaşıb.

"Sürücülər bildiriblər ki, hazırki bahalaşma "Formula 1" Qran-prisi ilə bağlıdır. Belə ki, yarışla əlaqədar Bakıya çoxlu sayda turist gəlib. Bu səbəbdən də taksi xidmətlərindən istifadə artıb. İkinci səbəb kimi isə yarışlarının keçirildiyi mərkəzi yolların bağlı olması və benzin sərfiyyatının artmasdır. Bu hal müvəqqətidir. Yarışlar bitdikdən sonra qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq", - deyə qeyd edilib.

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən isə Trend-ə bildirilib ki, taksi minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru