Qurban Məmmədov " inzibati yolla bir gecədə 34 faiz devalvasiya "fors-major" halı kimi qiymətləndirilə bilərmi....."
17-05-2015, 13:08
teref.az xəbər verir, məşhur hüquqşunas Qurban Məmmədov kredit məsələsinə aydınlıq gətirən Konstitusiya Məhkəməsinin məşhur qərarını qısa analiz etdi. O analizi öz profilində paylaşan Qurban bəy KM bir ilginc sual ünvanladı. Əslində, heç bir ehtiyac olmadan məsələnin Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarılması o dövrdə yaranmış ictimai-siyasi-sosial gərginliyi azaltmaq məqsədinə xidmət edirdi. Çox böyük ustalıqla da niyyətlərinə çatdılar. Ancaq yaxşı olardı ki belə bir suala aydınlıq gətirərdilər: inzibati yolla bir gecədə 34 faiz devalvasiya "fors-major" halı kimi qiymətləndirilə bilərmi, bu hal MM-nin 421-ci maddəsinin (müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları) təsiri altına düşürmü? Bunu etmək əvəzinə, banklara məsləhət verir KM. Sanki onlarla şərikdir. Bu məsləhəti ilə Konstitusiya Məhkəməsi məhkəmə orqanı yox, icra hakimiyyətinin əlində siyasi alət olduğunu sübut etdi.