Hal hazırda əhaliyə tədbiq olunan 1555 man.cərimə hansı sənəd,metodika əsasında hesablanır?

27-05-2023, 09:18           
Hal hazırda əhaliyə tədbiq olunan 1555 man.cərimə hansı sənəd,metodika əsasında hesablanır?
İki il öncə təşkilatımız tərəfindən araşdırılma apararkən
"İstehlakçıya cərimə tədbiq olunanda qazpaylayıcı tərəfindən bəzi pozuntulara yol verildiyi haqda yazmışdıq. Belə ki:
-Əgər istehsalçı tərəfindən verilən rəydə sayğaca müdaxilə edildiyi aşkarlanarsa o halda, sərfiyyat əsas götürülərək,həm itirilmiş təbii qazın, həm də sayğacın dəyəri hesablanır. Sərfiyyat hesablanarkən itirilmiş təbii qazın dəyəri SOCAR,Neftqazelmitədqiqat”İnstitutu tərəfindən hazırlanmış və 16 dekabr 2017-ci ildə Socar vitse prezident R.Qurbanov tərəfindən təsdiq olunmuş “ Metodika" əsas götürülərək 90 günədək hesablanmalıdır.
Lakin bununla əlaqadar Azəriqaz İB Baş direktoru Əkbər Hacıyev tərəfindən təsdiq olunmuş sənəddə isə Azəriqaz “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələrin” 1.4.1 bəndinə zidd olaraq istehlakçıya cərimə tədbiq edərkən itirilmiş təbii qazın miqdarı 90 gün üçün deyil,180 gün(ikiqat) üçün göstərilmişdi
Həmin daxili sənəddə dəyişiklik olubmu? Hal hazırda əhaliyə tədbiq olunan 1555 man.cərimə hansı sənəd,metodika əsasında hesablanır?
Mirvari Gahramanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.