Nazik siqaretlərin satışı qadağan oluna bilər

21-06-2016, 11:30           

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nazik ("slims" - red.) siqaretlərin satışı məhdudlaşdırmağı, hətta qadağan etməyi təklif etmək niyyətindədir.

Bu barədə "Kommersant" qəzeti işçi qruplarından birinin hesabatına istinadən yazır.

Qəzetin iddiasına görə, təklif təşkilatın tütünə qarşı çərçivə konvensiyasına həsr olunan konfransda səslənə bilər: "İlkin mərhələdə təklif tövsiyə xarakterli olacaq. Lakin istehsalçılar tövsiyənin sonrakı mərhələdə konvensiyanın iştirakçısı olan ölkələr üçün məcburi olmasından ehtiyatlanır. Məsələn, Rusiya bazarındakı siqaretlərin 40%-i zərbə altında olacaq".(APA.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru