Ramazanla bağlı dini təqvimin pozulması hallarına rast gəlinib - Komitə

21-06-2016, 12:44           
Ramazanla bağlı dini təqvimin pozulması hallarına rast gəlinib - Komitə
Monitorinqlər zamanı Ramazanla bağlı dini təqvimin Qazax və şimal-qərb bölgəsində pozulması hallarına rast gəlinib. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, təqvim rəsmi din xadimləri deyil, müəyyən qrup şəxslər tərəfindən pozulub: “Biz bunu anlaşılmazlıq kimi qiymətləndiririk. Gələcəkdə bu kimi hallara rast gəlinərsə, buna yol verən şəxslər cəzalandırılacaq”.

S. Heydərov onu da deyib ki, ötən il qanunsuz dini ədəbiyyat satışına görə 15 nəfər məsuliyyətə cəlb olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.