Bakının mərkəzində təhlükəli hörümçəklər

21-06-2016, 15:35           
Bakının mərkəzində təhlükəli hörümçəklər
Bakının mərkəzi küçələrində təhlükəli hörümçəkkimilər görünüb.
Oxu.az xəbər verir ki, bu barədə məlumat sosial istifadəçilər tərəfindən geniş müzakirə edilir.
Məlumatda deyilir ki, hörümçək-falanqalar Bakıda 17-19 iyun tarixlərində keçirilən “Formula-1” yarışlarından sonra öz yuvalarından çıxıblar.
Onların yuvalarından çıxmağa vadar edən səbəb kimi isə bolidlərin səsi göstərilir.
Bəzi internet istifadəçiləri şəhərdə gəzən falanqaların şəkillərini paylaşıb.
Bakıda yerləşən Təcili Tibbi Yardım stansiyasından Oxu.Az-a bildiriblər ki, hörümçək dişləməsindən şikayət edən olmayıb.
Qeyd edək ki, falanqalar yetərincə iri hörümçəkkimilərdir. Orta Asiya falanqalarının uzunluğu 5-7 sm-dir.
Onların bədəni uzun tükcüklərlə örtülüb. Falanqaların dişləməsi ağrılı olur. Əksər hallarda heç bir ağır nəticə vermir, amma bəzən ağır şişmələrlə müşayiət edilə bilər.
Məsələ ondadır ki, bu hörümçəkkimilərin zəhərli vəzləri yoxdur, ağız uclarında əvvəlki qurbanının qalıqları olur. Bu qalıqlar isə dişləmə zamanı yaraya düşərək zəhərlənməyə səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru