“Ölən körpələrə görə “Azərişıq” günahkar deyil” – Tanrıverdi Mustafayev

21-06-2016, 15:37           
“Ölən körpələrə görə “Azərişıq” günahkar deyil” – Tanrıverdi Mustafayev
“Salyan Mərkəzi Xəstəxanasında iki yeni doğulan uşağın ölümü ilə bağlı “Azərişıq”ı günahlandırmaq düzgün deyil. Çünki hər xəstəxananın özünün generator var”.
Bunu hafta.az-a açıqlamasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O, tezliklə qurumun mətbuat xidmətindən baş verən hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru