Sahibləri «Cahargah» hotelindən imtina etdi

21-06-2016, 19:43           
Sahibləri «Cahargah» hotelindən imtina etdi
Bakının ən məşhur pritonlarından sayılan «Cahargah» hoteli sahibsiz qalıb. Belə ki, əxlaqsızlıq yuvasının sahibi, həkim-uroloq Kənan Əhmədov bu obyektin ona yox, Samir adlı şəxsə məxsus olduğunu bildirir. Samir adlı şəxs isə öz növbəsində pritonun Kənan Əhmədovun olduğunu söyləyir. Beləliklə, hotelin kimə məxsus olması barədə müəmmalı durum yaranıb. Gundelik-baku.com-a verilən məlumatlarda bildirilir ki, yaxın dost olan Samirlə Kənanın münasibətləri artıq bir müddətdir ki, pozulub. Buna səbəb adıçəkilən şəxslərin arasındakı anlaşmanın şərtlərinin təmin olunmamasıdır. Bu barədə bildiklərini gundelik-baku.com-a danışan mənbə deyir ki, Samir adlı şəxs dəniz kənarında yerləşən əxlaqsızlıq yuvasını aylıq icarəyə götürüb. Amma mətbuatda hotel barədə yazılanlar buranın işinə mənfi təsir göstərir: «Obyekt 24 saat polis nəzarətindədir. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hotelin yerləşdiyi ərazidə vəziyyətə tam nəzarət edirlər. Samir buranı böyük ümidlərlə icarəyə götürmüşdü. O fikirləşirdi ki, isti yay aylarında qazandığı gəlirin aylıq 7 min manatını Kənana verib yerdə qalan hissəsini isə özünə götürəcək. Lakin heç nə onun gözlədiyi kimi getmir. Bir neçə gündən sonra iyun ayı başa çatacaq, amma «Cahargah» hotelinin qapıları müştərilərin üzünə açılmayıb. Yəqin ki, bu gedişatla heç vaxt da açılmayacaq. Deyilənə görə, Kənan Əhmədov hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, hotelin fəaliyyətinin bərpa edilməsinə şərait yaradılsa, bura priton kimi işləməyəcək. Yəni bir növ onların yanında özünə inam qazanmağa çalışıb. O belə dillər tökməklə əxlaqsızlıq yuvasının işini yenidən qızışdırmaq istəyir». Bu arada, bizə çatan informasiyaya əsasən, Kənan Əhmədov hotelin fəaliyyət göstərməsinə icazə verməyən Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradovun barəsində artıq-əskik danışıb. Bildirib ki, gec-tez əxlaqsızlıq yuvası fəaliyyətini bərpa edəcək və o polis rəisindən qisasını alacaq. Biz isə adını həkim qoymuş bu şəxsə demək istəyirik ki, hörmətli Azər müəllim ona tapşırılan işi görür və qadın ticarətinin qarşısını alır. Odur ki, Kənan Əhmədov ondan qisas almaq fikrinə düşməsin. Bu fikrə düşsə də belə alınan iş deyil. Sonda fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovdan və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdən heç bir sənədi olmayan «Cahargah» hotelinin, eləcə də ona bitişik hamam-saunanın sökülməsi üçün tədbir görmələrini xahiş edirik. Qarşı tərəflərin də münasibət bildirmək hüququ var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.