`Evimi bir neçə nəfərə satmışdılar` - Nazirliyin mətbuat katibi

22-06-2016, 17:02           
`Evimi bir neçə nəfərə satmışdılar` - Nazirliyin mətbuat katibi
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mənzilinin əlindən alınması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Nazirlik rəsmisi AzVision.az-a açıqlamasında bir neçə il öncə belə problemlə üzləşdiyini təsdiqləyib.

N.Həsənov yeni hündürmərtəbəli binalardan birindən aldığı mənzilin şirkət rəhbərliyi tərəfindən bir neçə nəfərə satıldığını deyib.

“Problem mənzilin bir neçə nəfərə satılması ilə bağlı idi. Hazırda həmin problem həll olunub. Qonşuların isə bununla bağlı işi hazırda məhkəmədədir”.

Qeyd edək ki, aznews.az saytında Dadaş Bünyadzadə küçəsi 60 ünvanındakı binadan ev alaraq dələduzluqla üzləşən ailələrlə bağlı yazı dərc olunub. Qeyd olunub ki, sözügedən binanın 2-ci mənzilinə sahib olan şəxs Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənovdur. Məhkəmə onun mənzilinin əlindən alınması barədə qərar çıxarıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.