General Vüsal Novruzovu kim əvəzləyəcək? - Yeni təyinat gözlənilir
23-06-2016, 09:57
Bu posta xaricdə təhsil alan gənclərdən biri təyin oluna bilər
Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük generalı Vüsal Novruzovun yaxın günlərdə vəzifəsindən azad olunacağı gözlənilir.
teref.az xəbər verir ki, bu barədə arqument.Az-a daxil olan məlumatda bildirilir.
Məlumatda deyilir ki, Novruzov böyük ehtimalla Gömrük keçid məntəqələrindən birinə rəis vəzifəsinə təyin oluna bilər.
Bir neçə ildir ki, yüksək postda təmsil olunan və general rütbəsinə qədər yüksələn Novruzovla bağlı bu qərarın hansı səbəbdən veriləcəyi açıqlanmır. Böyük ehtimalla bu məsələnin gündəmə gəlməsi Novruzovla bağlı mediada yer alan və qalmaqala səbəb olan məlumatlardır.
Bakı Baş Gömrük İdarəsinə kimin rəis gətiriləcəyinə gəlincə, mənbə bildirib ki, bu posta xaricdə təhsil alan gənclərdən biri təyin oluna bilər.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin rəisi Natiq Axundovla əlaqə saxladıq. Sualı ünvanlayandan sonra telefonu qapatdı. Sonradan etdiyimiz zənglərə də cavab vermədi.
Miq.az-a daxil olan digər məlumatda isə bildirilir ki, general Vüsal Novruzov bu yaxınlarda yüksək vəzifəyə gətiriləcək. Bu təyinat barədə bəzi dairələrdə söhbət getdiyindən Novruzova müxalif "qüvvələr" hərəkətə keçərək ona qarşı kompramat savaşına strat veriblər. Son vaxtlar adıçəkilən şəxs haqqında mətbuata ötürülən qalmaqallı informasiyaların kökündə də də məhz bu amilin durdugu iddia olunur. Lakin Novruzova qarşı aparılan bu piarın arxasında kimlərin durduğu generalın özünə də qaranlıqdır. Qaranlıq olmayan isə gömrük generalının vəzifə təyinatının real olması və kompromat savaşının daha da qızışacagıdır.