Qızıl alanlar aldanır - Karatı az, əyarı aşağı, qiyməti isə “əl yandırır”

24-06-2016, 19:49           
Qızıl alanlar aldanır - Karatı az, əyarı aşağı, qiyməti isə “əl yandırır”
Azərbaycanda qızıl alan vətəndaşları aldadırlar.

Bu barədə AzNews.az-a Sumqayıt şəhəri sakini Leyla Həmidova məlumat verib. O bildirib ki, bir müddət bundan öncə Sumqayıt şəhərində “Cavid” ticarət mərkəzindən qızıl alarkən onu aldadıblar: “750 əyarlıq qızıl aldım. Əslində isə qızıllar aşağı keyfiyyətdə imiş. Mən qızılları fevral ayında aparıb ekspertizaya verdim. Ekspertizada məlum oldu ki, nə qızılın əyarı, nə də onun üstündəki qaş mənə satılan kimi deyil. Tək daş üzüyün üstündə yazılıb ki, 0,25 karat, amma ekspertiza 0,20 karat göstərir. Daşların isə keyfiyyəti çox aşağıdır. Bilməzdim ki, məni belə bir böyük ticarət mərkəzində aldadarlar. Axı mən onu əldən almamışam”.

L.Həmidova məsələ ilə bağlı sözügedən ticarət mərkəzinin rəhbərliyinə etirazını bildirib: “Oranın rəhbəri Abdulla ilə görüşdüm. Dedi ki, etirazınız varsa, ekspertizaya verin. Heç bir tədbir görmədi, əksinə satıcıları müdafiə etdi. Sonra qızılı satanlarla görüşdüm. Satıcılardan biri Viktor mənə bildirdi ki, əgər istəmirsinizsə, pulunuzu qaytara bilərik. Amma qaytarmadı. Asif adlı satıcı isə bildirdi ki, burada başqa söhbət ola bilməz, daşlar zümrüddür. Qızılı isə qaytarmaq istəmədiyini dedi. Mən qızılları qaytarmaq üçün dəfələrlə onların yanına getdim. Sonda ümumiyyətlə, qaytarmaq istəmədiklərini dedilər. Mən bunları cərimələtdirmək istəyirəm. Tələb etdim ki, qızılı aldığımla bağlı qəbz verin. Onu da vermədilər”. L.Həmidova əlavə edib ki, əgər satıcılar onun tələblərini yerinə yetirməsə, məhkəməyə müraciət edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.