“Kasıb xəstəliyi” yenidən Azərbaycanda: - Rəqəmlər getdikcə artır

7-07-2023, 12:47           
“Kasıb xəstəliyi” yenidən Azərbaycanda: -
20-ci əsrin əvvəllərində dünyada insan ölümünün əsas səbəblərindən birinə çevirilən vərəm xəstəliyinə yoluxma son zamanlar yenidən artıb.

Vərəm əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir və statistik rəqəmlərə əsasən, kişilər daha çox xəstəliyin daşıyıcısına çevirilir. Xəstəlik vaxtında müalicə edilmədikdə əlillik və ölümlə nəticələnir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi rəsmi məlumata görə, son 10 ildə, yəni 2020-ci ilə qədər olan dövrdə Yer kürəsində vərəmdən ölənlərin sayı 1,4 milyonu keçməyib. Ancaq bu rəqəm 2020-ci ildə 1,5, 2021-ci ildə isə 1,6 milyon olub. Həmçinin təşkilatın verdiyi məlumata görə, 2021-ci ildə 2020-yə nisbətən vərəm xəstəliyinə tutulanların sayı 4,5 faiz artıb.

Ölkəmizdə də bu xəstəliyə yoluxanların sayı, xüsusilə son illər artmağa başlayıb.

TEREF.AZ Cebhe.info-ya istinadla son illərdə vərəmə yoluxanların sayı ilə bağlı statistik araşdırmanı təqdim edir:

*2017-ci ildə Azərbaycanda vərəmə yoluxmuş 3871 ilkin xəstə qeydə alınıb. Eyni ildə 440 nəfər vərəmdən vəfat edib. Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmli xəstələrdən ölənlərin sayı isə 10 nəfər olub.

*2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrin sayı 8 684 (residiv halları istisna olmaqla) olub. Bu say 2017-ci ildə 9 743, 2015-cı ildə -cı ildə 9 695, 2010-cu ildə 12 469, 2005-ci ildə 5 320 olub. 2018-ci ildə ölkədə 3 762 nəfərə ilk dәfә vərəm diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 3 666 olub.

2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinә düşən ilk dәfә vərəm diaqnozu qoyulmuş insanların sayı 43,7 nəfər olduğu halda, 2018-ci ildə bu say 38,3-ə enib.

Xəstələrin çoxuna ağciyər vərəmi diaqnozu qoyulub.

*2019-cu ildə 2783 nəfər ağciyər vərəminə tutulub. Vərəmli plevrit üzrə isə 447 xəstə müəyyən olunub, 142 şəxs sümük və oynaqların vərəmi xəstəliyinə tutulub.

47 nəfərə döş qəfəsidaxili limfa düyünlərinin, 25 nəfər isə sidik-cinsiyyət yollarının vərəmi diaqnozu qoyulub.

2019-cu ildə 2415 kişi və 1198 qadın vərəmə yoluxub.

Ümumilikdə 2019-cu ildə müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrinin sayı 8257 nəfər olub.

*2020-ci il Azərbaycanda 430 nəfər vərəmdən ölüb.

*2021-ci ildə 1467 nəfərdə ilkin ağciyər xəstəliyi aşkar edilib. Onlardan 658 nəfərdə dərmana davamlı vərəm aşkar edilib. Dərmana davamlı vərəm xəstələrindən 964 nəfəri müalicəyə qoşulub. Vərəm xəstələri arasında kişilər üstünlük təşkil edib. Bundan əlavə, 2021-ci ildə cəzaçəkmə müəssisələrində vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 141 dəfə azalıb.

*2022-ci il Azərbaycanda 686 yeni vərəm xəstəsi aşkarlanıb. Bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova vərəmlə bağlı keçirilən multi-sektoral görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, keçən il Azərbaycanda vərəmə yoluxanların sayında artım müşahidə olunub. Ötən il həm ilkin, həm də təkrar xəstələr arasında 1 034 nəfər müalicəyə qoşulub. Vərəmlə xəstələnmə 28,4 faiz təşkil edib ki, onlardan 22,5 faizi ağciyər, 5,9 faizi isə ağciyərdənkənar vərəmdir. İlkin xəstələr arasında 75 faizə qədər vərəm mikrobakteriyası aşkarlayırıq, təkrar xəstələrdə bu rəqəm 93 faizə qədər təşkil edir.

İnstitut direktoru vurğulayıb ki, həmin müddətdə müalicə götürən vərəm xəstələri arasında 85 faizə qədər halda vərəm mikrobakteriyası aşkarlanıb:

"Təəssüf ki, dərmanadavamlı vərəm Azərbaycan üçün də problemdir. Bundan əziyyət çəkən xəstələrin sayı ötən il ilkin xəstələr arasında 11,9, təkrar xəstələr arasında 22,6 faiz təşkil edib. Müalicə nəticələrinə gəlincə, hələ ki ÜST-nin qoyduğu hədəflərə çata bilmirik. Amma həmin hədəfə çatmaq potensialımız var. Həssas xəstələrin müalicə uğuru 82, dərmanadavamlı xəstələr arasında müalicə uğuru 62 faiz təşkil edir. Vərəmdən ölüm göstəricisi isə azalır".

2022-ci ildə Azərbaycanda 2877 nəfər ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub.

Xəstələnmə göstəricisi 100 000 respublika əhalisinə 28,4 təşkil edib.

Təkrar, residiv, uğursuz müalicədən sonra, müalicəsini dayandırılması ilə əlaqədar, nəzarətdən yayılan və digər xəstələrin sayı 2292 nəfər olub. Yalnız residivi olan bu rəqəmdən (yəni, sağalandan sonra vərəm ilə yenidən yoluxan xəstə) - 1112 təşkil edib. 2022-ci ildə 5169 xəstə rəsmi qeydiyyatda olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru