Deputat “Stadion qalmaqalı”na görə məhkəməyə çağırıla bilər

8-07-2023, 10:34           
Deputat “Stadion qalmaqalı”na görə məhkəməyə çağırıla bilər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyevin də adının hallandığı “stadion qalmaqalı” ilə bağlı növbəti məhkəmə prosesinin vaxtı hələ müəyyən edilməyib.

Qaynarinfo xəbər verir ki, işlə bağlı sonuncu proses iyunun 21-də baş tutub.

Zərərçəkənlər və təqsirləndirilən şəxslər Səttar Möhbalıyevin dindirilməsini istəyib. Bununla bağlı vəsatətə də qaldırılıb.

Əldə etdiyimiz məlumata görə, növbəti prosesdə bu məsələyə baxıla bilər. Ehtimal olunur ki, zərərçəkənlərin və təqsirləndirilən şəxslərin israrları nəzərə alınacaq.

Məlumat üçün deyək ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İş üzrə iki təqsirləndirilən şəxs var. Onlardan biri Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev, digəri isə “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovdur.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə təqsirləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru