Şamaxının Çıraqlı kəndi illərdir su üzünə həsrət qalıb - VİDEO

8-07-2023, 11:24           
Şamaxının Çıraqlı kəndi illərdir su üzünə həsrət qalıb - VİDEO
Şamaxının Çıraqlı kəndi susuzluqdan əziyyət çəkir.

Xezerxeber.az-ın məlumatına görə, kənd rayon mərkəzindən 18 kilometr aralıda yerləşir.

Əvvəllər qonşu qəsəbədən kəndə su xətti çəkilsə də, illər ötdükcə borular yarasız vəziyyətə düşdüyündən suyun verilməsi dayandırılıb.

Sakinlərin sözlərinə görə, şəxsi avtomobili olanlar suyu qonşu kəndlərdəki bulaqlardan gətirirlər, avtomobili olmayanlar isə almaq məcburiyyətində qalırlar.

Bu da maddi baxımdan onlara baha başa gəlir. Sakinlər bildiriblər ki, aylıq qazanclarının böyük hissəsi elə su almaq üçün sərf olunur.
Məsələ ilə bağlı Şamaxı rayonun Sabir Bələdiyəsinin sədri Elşən Dəmirov bildirib ki, Çıraqlı kəndində içməli suyun olmaması barədə aidiyyati orqanlara və “Azərsu”ya müraciət edilib:

“Çıraqlı kəndinin layihəsi hazırlanıb, yaxın aylarda kəndə su xətti çəkiləcək”.

Daha ətraflı süjetdə:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru