Zibilxanaya çevrilən kəndin problemini həll edən yoxdur - VİDEO

8-07-2023, 11:38           
Zibilxanaya çevrilən kəndin problemini həll edən yoxdur - VİDEO
Qubanın Digah kəndinin sakinləri ərazinin zibil poliqonuna çevrilməsindən şikayətçidirlər.

Sakinlər deyirlər ki, kəndə indiyə qədər məişət tullantılarını daşımaq üçün maşın ayrılmayıb.

Onların sözlərinə görə, zibillərin yandırılması nəticəsində təbiətə də ziyan dəyir.

“Şəhərdən gələn qonaqlar olur. İstəyirlər ki, təbiətin şəklini çəksinlər. Buranı görəndə utanıb gedirlər”, - kənd sakini deyib.

Bələdiyyə sədri Veysəl Əhmədov isə məsələ ilə bağlı bildirib ki, onlar ərazidə zibil qutuları yerləşdirmək, zibil maşını ayırmaq iqtidarında deyillər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru