Bakının ən bahalı mənzilləri bu ərazilərdə satılır - Ən ucuzu 2 milyon, bahalısı isə 30 milyondur

8-07-2023, 13:45           
Bakının ən bahalı mənzilləri bu ərazilərdə satılır -
Bakının ən bahalı mənzilləri bu ərazilərdə satılır - Ən ucuzu 2 milyon, bahalısı isə 30 milyondur

Hazırda Bakıda bahalı mənzillərin sayı kifayət qədərdir. Təqribən 1.8-2.5 milyon manata mənzillər var.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, həmin mənzillər əsasən şəhərin mərkəzində, mərkəzə yaxın ərazilərdə yerləşir.

“Elə ərazilər var ki, orada təmirsiz mənzillərin bir kvadratmetrinin qiyməti 8 min manatdır. Elə evlər var ki, smart sistemlə inşa olunub və yüksək standartlarla təmir olunub və yüksək qiymətə satılır.

Ancaq elə bağ evləri də var ki, açıq satışda olmasa da qiyməti 25 milyon manata, bəzi hallarda 30 milyon manata qədərdir. Bu evlər əsasən dənizə yaxın ərazilərdə 1-2 hektar ərazidə böyük tikililərdir”, - deyə ekspert əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru