Bakıda “McDonalds”da insident – Müştəri sifariş menyusunun monitorunu sındırdı

9-07-2023, 00:03           
Bakıda “McDonalds”da insident –
Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən “McDonalds” restoranında insident baş verib.

Teref.az “qafqazinfo”-ya istinadla xəbər verir ki, müştərilərdən biri restoran əməkdaşları ilə mübahisə edib.

Həmin şəxs sifariş menyusunun olduğu monitora zərbələr endirərək ekranı sındırıb.

Hadisə barədə mühafizə polisinə həyəcan siqnalı daxil olub.

Mühafizə polisinin əməkdaşları restorana gələrək aparatı sındıran şəxsi saxlayıb.

Ərazi üzrə polis bölməsinə aparılan şəxsin 2001-ci il təvəllüdlü Əli Hüseynov olması müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru