ETN də kütləvi imtahanların təşkilinin elmi-statistik təhlillərinə başlayır

9-07-2023, 08:26           
ETN də kütləvi imtahanların təşkilinin elmi-statistik təhlillərinə başlayır
ETN də kütləvi imtahanların təşkilinin elmi-statistik təhlillərinə başlayır
Ötən gün Elm və Təhsil Nazirliyi sertifikatlaşdırma prosesinin elmi-statistik nəticələrinin təhlilini təqdim edib.
Adətən bu tip analitik resursları buraxılış və qəbul imtahanların yekununda DİM təşkil edirdi və nəticələri də ictimailəşdirərək öz səlahiyyətləri çərçivəsində Prezidentə və ETN-ə təqdim edirdi.
Xatırlayıram ki , ETN indiyədək yalnız özünün təşkil etdiyi müxtəlif növ imtahanlardakı testlərlə bağlı hansısa təhlillər aparıb .
İndi isə nazir Emin Əmrullayevin iştirakı ilə keçirilən tədbirdə , ETN daha geniş çərçivədə statistik materiallar təqdim etməyə başlayıb.
Tədbirdə yüksək bal toplayanlar və ictimaiyyət nümayəndələri də iştirak edirdi.
Nazirin çıxışından hiss olunurdu ki, ETN təhsilin keyfiyyətinin artırılması üçün ictimai dəstəklə bütün növ imtahanların (MİQ, Sertifikat, Direktorların və müavinlərinin işə qəbulu, Bağça müdirlərinin işə qəbulu və s.) təşkilinin daha da təkmilləşdirilməsində israrlıdır.
Ədalət naminə demək lazımdır ki, ETN kütləvi imtahanların təşkilini xeyli təkmilləşdirə bilib.
Xeyli imtahan mərkəzləri formalaşdırıb. Bu işə ciddi resurslar ayrılır və komanda da xeyli peşəkarlaşıb.
Əvvəlki imtahan narazılıqları, test səhvləri, imtahan sisteminin donmaları arxada qalıb.
Yəni, bir daha qeyd etmək istərdim ki, çoxsaylı kütləvi imtahanların təşkilində ETN bir xeyli irəliyə doğru addım atıb.
Amma, istənilən halda, yenə o fikirdəyəm ki, ETN-nin bu tip çoxsaylı imtahanların təşkilini bu sahədə səlahiyyətli və peşəkar qurum olan DİM -ə həvalə etməsi, onunla müqavilə çərçivəsində bunu gerçəkləşdirməsi daha doğru olardı.
Həm öz tabeçiliyində olanların qiymətləndirilməsi ilə bağlı maraq toqquşmasının qarşısının alınması baxımından, həm də ETN-nin imtahan təşkilinə cəlb etdiyi nəhəng resursların təhsil sisteminin inkişafı ilə bağlı digər məsələlərə yönəldilməsi baxımından bu addım daha məntiqli olardı.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.