'BRAVO'dan məhsul aldı, peşman oldu - "Görün, bizə nələr yedirirlər..."

9-07-2023, 14:04           
'BRAVO'dan məhsul aldı, peşman oldu -
"Deməli, Yeni Yasamalda yerləşən “Bravo” marketdən şəkildə gördüyünüz küncüdlü, çiyələkli krem aldıq. Bunu evdə açanda məlum oldu ki, bundan çiyələk qoxusu yox, maşın yağının qoxusu gəlir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında narazı vətəndaş gileyini ifadə edib.

Daha sonra şikayətçi bildirir: "Bilmirəm bunları haradan tapıb çıxarıblar, bəlkə də anbarda unudublar, istifadə müddətinin bitməsinə 1 həftə qalmış üzə çıxarıb, guya yarı qiymətə satırlar. Bunların qablarına da fikir versəniz, görərsiniz ki, sanki qabların üzərinə it yeyib, pişik qusub, ya hansısa zibillikdən çıxarıb, sonra da gətirib vitrinə yığıblar (malların zay olduğunu biləndən sonra vitrində şəkillərini çəkdim). Məhsullar da 14.01.2022-ci il tarixində istehsal edilib, son istifadə tarixi isə 16.07.2023-cü ildir. Görün, bizə nələr yedirirlər. Məlumatı paylaşdım ki, birdən alıb özünüz, ya uşaqlarınıza verərsiniz, sonra da zəhərlənərsiniz.
P.S. Vitrində də ”küncüd” sözünü səhv yazıblar. Həmin söz “küncüt” yox, “küncüd”dür".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.