“Bitkoin”in qiyməti 120 min dollara kimi yüksələ bilər

11-07-2023, 00:18           
“Bitkoin”in qiyməti 120 min dollara kimi yüksələ bilər
Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası “Bitkoin”in qiyməti bu il 50 min dollara çata bilər və 2024-cü ilin sonuna qədər 120 min dolları keçəcək.

"Report" xəbər verir ki, bu barədə "Reuters" "Standard Chartered Bank"ın məlumatlarına istinadən məlumat yayıb.

Bank əvvəllər 2024-cü ilin sonunda "bitkoin"in məzənnəsinin 100 min dollar səviyyəsində olacağını proqnozlaşdırmışdı.

Bankın aparıcı valyuta analitiki Jeff Kendrik deyib ki, kriptovalyuta bazarında daha müsbət dinamikanı nəzərə alsaq, bu proqnoza 20% əlavə etmək olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru