BƏLƏDİYYƏLƏR MTK-lara QARŞI - tikinti şirkətlərini binalardan qovun!

11-07-2023, 10:29           
BƏLƏDİYYƏLƏR MTK-lara QARŞI -
"Tikinti şirkətlərinin çoxmənzilli binaları qanunsuz idarə etməsi hamıya məlumdur. Fevral ayında yaşadığım binadan tikinti şirkətinin çıxarılması və idarəetmədən kənarlaşdırılması barədə məhkəmə qətnaməsini bölüşmüşdüm". DİA.AZ bildirir ki, bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov paylaşım edib.

Ə.Həsənov daha sonra bildirib: "Paralel bələdiyyəni də məhkəməyə vermişdim. Çünki sakinlər ümumi yığıncağı keçirməyibsə, bunu bələdiyyə etməlidir. Sakinlər idarəetmə üsulunu müəyyən etməyibsə, bələdiyyə müsabiqə keçirərək idarəedici təşkilatı seçməlidir. Lakin bələdiyyələr bunu etmir. Bakı İnzibati Məhkəməsi iddiamı təmin edərək sözügedən vəzifələrin icrasını Xətai Bələdiyyəsinin üzərinə qoydu. Bu presedentdən istifadə edərək harınlamış tikinti şirkətlərini binalarınızdan qovub, idarəetməni öz əlinizə alın. İrəli!"





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.