Çoxuşaqlı ailəyə nə qədər və hansı şərtlə sosial müavinət verilir? VİDEO

11-07-2023, 15:58           
Çoxuşaqlı ailəyə nə qədər və hansı şərtlə sosial müavinət verilir? VİDEO
Beşdən çox uşağı olan qadınlar sosial müavinətdən yararlana bilərlər.

Əgər sonuncu, yəni 6-cı uşağın 1 yaşı tamam olubsa, hər uşağa görə 105 manat sosial müavinət təyin edilir.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

"Əgər yeddinci, səkkizinci və daha uşaq dünyaya gələrsə, o zaman uşaq doğulduğu gündən sosial müavinət təyin edilir. Yəni daha sonuncu uşağın 1 yaşının tamam olmasına ehtiyac qalmır", - deyə Mail Məmmədov bildirib.

O, uşağa hansı yaşına görə sosial müavinət verildiyini də açıqlayıb.

Xezerxeber.az Mail Məmmədovun açıqlamasını təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.