Manatın kursunun saxlanılmasına 12 milyard dollar gedib - Rəsmi

29-06-2016, 18:17           
Manatın kursunun saxlanılmasına 12 milyard dollar gedib - Rəsmi
2015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Mərkəzi Bankın (AMB) strateji valyuta ehtiyatları 38 mlrd. 590,8 mln. dollar səviyyəsində olub.

APA xəbər verir ki, il ərzində strateji valyuta ehtiyatlarında 12 mlrd. 271,6 mln. dollar həcmində və ya 24,1% azalma müşahidə edilib. "Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan AMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub", - deyə hesabatda bildirilir.

Ehtiyatların 87%-i və ya 33,57 mlrd. dolları ARDNF-nin, qalan 13%-i və ya 5,03 mlrd. dolları AMB-nin vəsaitlərinin payına düşüb.

Hesabat ilində ARDNF-nin valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5% və ya 3,53 mlrd. dollar həcmində azalaraq, ilin sonuna 33,57 milyard dollar təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru