Kredit borcunu gecikdirdi - Bank isə maşınını satdı - VİDEO

30-06-2016, 11:14           
Kredit borcunu gecikdirdi - Bank isə maşınını satdı - VİDEO
Paytaxt sakini olan Zinət Quliyeva 2012-ci ilin fevral ayında kreditlə maşın alıb. 2015-ci ilin yanvar ayında isə həyat yoldaşı işini itirdiyi üçün kreditin ödənişində gecikmələr baş verib. Bu səbəbdən də bank maşını geri alıb.

Bir neçə ay öncə isə maşın hərrac vasitəsilə satılıb.

Maşın sahibinin qardaşı Ələkbər Soltanəliyevin sözlərinə görə, hərracın keçirilməsi barədə onlara məlumat versələr də, giriş üçün 320 manat pul tələb olunub.Üstəlik də təqribən 17 min dollara başa gələn avtomobilin 3200 dollardan da aşağı satılmasının yolverilməz olduğunu hesab edir.

Hüquqşünaslar isə bildirir ki,qalan borcun məbləğindən asılı olamayaraq bank maşını satışa çıxara bilər.

Qanunvericiliyə əsasən avtomobil satıldıqdan sonra borc tam bağlanmalı, qalan məbləğ isə maşının sahibinə verilməlidir. Hərracda iştirak etmək istəyənlər də müəyyən olunmuş məbləğdə, yəni maşının satılması üçün nəzərdə tutulmuş məbləğin 5 faizini beh şəklində ödəyərək alıcı qismində iştirak edə bilərlər. Pulsuz giriş haqqı isə yalnız satış üçün iddia qaldıran tərəfə,yəni banka verilir.

Hüquqşünas Anar Ramazanov deyir ki, əgərvətəndaş hərracın keçirilməsi qaydasından, eləcə də maşının satıldığı qiymətdən narazıdırsa, bu halda məhkəməyə müraciət edə bilər.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.