Elman Rüstəmovun qızı Londonda şirkət açıb

11-08-2023, 09:08           
Elman Rüstəmovun qızı Londonda şirkət açıb
Baş nazirin müşaviri, Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun ikinci qızı Süsən Rüstəmova da Londonda şirkət açıb.
Gununsesi.info bildirir ki, bunu Avropada yaşayan jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yazıb.

Jurnalistin araşdırması zamanı məlum olub ki, London Modalar Kollecinin məzunu olan Süsən Rüstəmova EV L Anita NazəDN LTD-ni İran əsilli Anita Nazənin Şahi ilə ortaqlıq əsasında bu ilin yanvarında təsis edib.
Şirkət keçmiş baş bankirin qızına məxsus 64 Belvedere Row Apartments 64, Fountain Park Way ünvanında qeydiyyatdan keçib. Elçan Rüstəmov Londonun bahalı yaşayış kompleksində yerləşən mənzilı qızına 2 il əvvəl 820 min funt sterlinqə allb.
Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir. Onların Londonda sahib olduqları Gyunel Limited-in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru