Sevindirici haldır ki, Ramazan bayramı ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur - Mübariz Qurbanlı

6-07-2016, 11:43           
Sevindirici haldır ki, Ramazan bayramı ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur - Mübariz Qurbanlı
Sevindirici haldır ki, Ramazan bayramı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dünyada multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınan, günü-gündən inkişaf edən ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur.

Trend-in məlumatına görə, bunu Dini Qurumlşarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan xalqına ünvanladığı təbrikdə bildirib.

Təbrikdə bildirilir: “Əziz dostlar! Sizi mərhəmət, xeyirxahlıq, birlik və bərabərliyi tərənnüm edən mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Ramazan ayı mənəvi paklığın, qardaşlığın, sülh və əmin-amanlığın rəmzidir. Qoy bu müqəddəs ayda edilən saf dualar Tanrı dərgahında qəbul olunsun və Uca Yaradan öz mərhəmətini xalqımızın üzərindən əskik etməsin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru