Xaricdə təhsil alan 571 nəfərin diplomu Azərbaycanda tanınmayıb

6-07-2016, 11:58           
Xaricdə təhsil alan 571 nəfərin diplomu Azərbaycanda tanınmayıb
Təhsil sənədlərinin tanınması üzrə 2015-ci ildə Təhsil Nazirliyinə 4714 müraciət daxil olub.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin 2015-ci il üzrə illik hesabatında bildirilir ki, 1224 ali təhsil haqqında sənədin ölkə ərazisində tanınması, 571 şəxsin ali təhsil haqqında sənədlərinin tanınmaması barədə qərar qəbul olunub. 2919 müraciət baxılma mərhələsindədir.

Hesabat dövrü ərzində 25 təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib ki, onlardan 16-sı məktəbəqədər, 3-ü ümumi, 2-si əlavə, 4-ü ali təhsil müəssisəsidir.

Ötən il Təhsil Nazirliyi tərəfindən 9 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib, 1 ümumtəhsil, 1 internat, 2 orta ixtisas, 1 ali təhsili müəssisəsi əsaslı təmir edilib. Hazırda 23 təhsil müəssisəsində əsaslı tikinti və təmir işləri davam etməkdədir. 72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri və 112 təhsil müəssisəsində kommunikasiya işləri başa çatdırılıb, 12 təhsil müəssisəsi qazlaşdırılıb. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi istiqamətində 50 məktəbdə müasir laboratoriya yaradılıb və tam təchiz edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru