Nazirlik və komitələrdə vakant vəzifələr var –SİYAHI
7-07-2016, 09:21
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.
Strateq.az DQMK-ya istinadən xəbər verir ki, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 5-dən 25-dək aparılır. Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Daha ətraflı məlumat almaq üçün Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytına müraciət edilə bilər.
Vakant vəzifələr aşağıdakılardır:
1. İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin Ümumdünya Ticarət Təşkilatı ilə iş üzrə sektoruna sektor müdiri (1 yer); Hüquq şöbəsinin Hüquqi təhlil və ekspertiza sektoruna böyük məsləhətçi (1 yer);
2. Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektoru, sektor müdiri (1 yer);
3. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsinin Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üzrə nəzarət tədbirlərinin aparılması sektoruna aparıcı məsləhətçi-nəzarətçi müfəttiş (1 yer);
4. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsininTexniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Gəncə Ərazi İdarəsinə rəis (1 yer); Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Gəncə Ərazi İdarəsinə rəis müavini (1 yer); Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Sumqayıt Ərazi İdarəsinə rəis (1 yer); Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Lənkəran Ərazi İdarəsinə rəis (1 yer); Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Xaçmaz Ərazi İdarəsinə rəis (1 yer); Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Salyan Ərazi İdarəsinə rəis (1 yer);
5. Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi, Dövlət əmlakından səmərəli istifadəyə nəzarət sektoruna sektor müdiri (1 yer); Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi, Mühasibatlıq sektoruna sektor müdiri (1 yer); Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinə (Nəsimi, Binəqədi) şöbə müdirinin müavini (1 yer); Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinə (Nəsimi, Binəqədi) aparıcı məsləhətçi (müfəttiş) (1 yer); Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsinə (Nərimanov, Nizami, Xətai) (Zəngilan, Şuşa), aparıcı məsləhətçi (müfəttiş) (1 yer); Bakı şəhəri üzrə 4 saylı ərazi şöbəsinə (Sabunçu, Suraxanı, Xəzər, Pirallahı) şöbə müdirinin müavini (1 yer); 7 saylı ərazi şöbəsinə (Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli), (Cəbrayıl) Hacıqabul rayonu üzrə, baş məsləhətçi (müfəttiş) (1 yer); 11 saylı ərazi şöbəsinə (Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam) şöbə müdirinin müavini (1 yer); 11 saylı ərazi şöbəsinə (Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam) Ağdam rayonu üzrə, məsləhətçi (müfəttiş) (1 yer); 12 saylı ərazi şöbəsinə (Qazax, Tovuz, Ağstafa, Gədəbəy) şöbə müdiri (1 yer); 12 saylı ərazi şöbəsinə (Qazax, Tovuz, Ağstafa, Gədəbəy) şöbə müdirinin müavini (1 yer); 13 saylı ərazi şöbəsinə (Xaçmaz, Quba, Qusar, Şabran) şöbə müdiri (1 yer); 13 saylı ərazi şöbəsinə (Xaçmaz, Quba, Qusar, Şabran) şöbə müdirinin müavini (1 yer); 14 saylı ərazi şöbəsinə (Beyləqan, Ağcabədi, Füzuli, İmişli) şöbə müdirinin müavini (1 yer); 15 saylı ərazi şöbəsinə (Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar) şöbə müdiri (1 yer); 16 saylı ərazi şöbəsinə (Şamaxı, İsmayıllı, Qobustan, Ağsu, Qəbələ) şöbə müdirinin müavini (1 yer); 16 saylı ərazi şöbəsinə (Şamaxı, İsmayıllı, Qobustan, Ağsu, Qəbələ) Ağsu rayonu üzrə, baş məsləhətçi (1 yer); Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsininTorpaq ehtiyyatlarının monitorinqi sektoruna sektor müdiri (1 yer); Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Torpaq inzibatçılığı şöbəsinin Torpaqların idarə olunması sektoruna sektor müdiri (1 yer); Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Torpaq inzibatçılığı şöbəsinin Torpaq münasibətlərinin tənzimlənməsi sektoruna aparıcı məsləhətçi (1 yer); Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Hüquq şöbəsinə şöbə müdiri (1 yer); Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinə şöbə müdiri (1 yer); Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin Yerquruluşu və inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi sektoruna sektor müdiri (1 yer); Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin Daşınmaz əmlakın vahid dövlət kadastrı şöbəsinə şöbə müdiri (1 yer); Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ünvan reyestri şöbəsinə şöbə müdiri (1 yer); Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinə şöbə müdiri (1 yer), Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Hərracların təşkili şöbəsinin Dövlət əmlakının və bələdiyyə torpaqlarının satışı üzrə hərracların təşkili sektoruna baş məsləhətçi (1 yer); Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Güzəştli satışın təşkili şöbəsinə şöbə müdiri (1 yer); Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Ümumi şöbəsinə şöbə müdiri (1 yer);
6. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə məhkəmə iclasının katibi (1 yer);
7. Şamaxı Rayon Məhkəməsinə məhkəmə iclasının katibi (1 yer)
Daha ətraflı məlumat almaq üçün Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytına müraciət edilə bilər.