Cənubi Azərbaycandan şimala ittiham gəldi - Aşıq davası
7-07-2016, 10:30
Hörmətli “Təzadlar!
Sizə ünvanladığım bu məktubum Güney Azerbaycanda Azərbaycan aşıq sənətinin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığım addımlar və bu yolda mənə əngəl olan, eyni zamanda kölgə salmaq istəyən " səlahiyyətlilər" haqqındadır.
Mən-aşıq Səlcuq Şahbazi İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan əsilli aşıqları bir araya yığaraq aşıq sənətini layiqli şəkildə davam etdirməklə məşğulam. Şükürlər olsun ki, bu işdə yeniliklərə nail olmuşam: Tehran şəhərində " Dədə QURBANI " dastanını 18 ustad aşıqla birlikdə 500 yerlik salonda (salon tamaşıcı ilə dolu olub),20 İran rəsmisinin qarşısında ifa etmişik ki, bu da türk
dünyasına aşıq sənətindən bir töhfə sayıla bilər. Ustad aşıq
Kamandarın 40-ı- anım gecəsini 50 aşıqla Tehranın mərkəzində dövlət səviyyəsində keçirmişik ki, bu da qəlbimizlə gördüyümüz iş olaraq Quzey Azerbaycana, mənim xalqıma ehtiramımız kimi sayıla bilər. Biz " ata kitabımız olan " Dədə Qorqud dastanını
17 aşıqla Azerbaycanın İrandakı səfirliyində müasir aşıq sənətiylə uzlaşdıraraq ifa etmişik. 7-il öncə yaratdığım " Haqq Divani" havamı 8 ölkənin ustad musuqi qurubları ilə birlikdə 29 ölkənin nümayəndəsi qarşısında, 2000 tamaşaçı önündə ifa etmişik. Bizim konsertlərimizdə, dövlət səviyyəli tədbirlərimizdə millət vəkilləri, ustad aşıqlar,görkəmli şairlər iştirak edib.
Bu ilk məktubum olduğu üçün qısa məlumat verirəm. lazım gəldiyi təqdirdə müfəssəl məlumatlar verməyə hazıram. Biz İran İslam Respublikasında Aşıqlar Birliyini yaratdıq. Təbrizdə və başqa şəhərlərdə də Birliyin bölmələrini formalaşdırdıq.
Dəfələrlə Azərbaycan Respublikasına səfər etmişik. Mədəniyyət və turizm nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin düzənlədiyi tədbirlərdə çıxışlar etmiş, yüksək səviyyədə dəyərləndirilmişik. Narazılığım Azərbaycan Aşıqlar Birliyinin yeni sədri Məhərrəm Qasımlının ( onu da qeyd edim ki, Məhərrəm bəylə hər zaman xoş münasibət saxlamağa çalışmışam) mənim uğurlarıma, yaradıcılığıma barmaqarası münasibət bəsləməsi, gördüyüm işlərə ( aşıq sənəti) kölgə salmaq istəməsi və bu üzdəniraqlığı dövri mətbuata çıxarmaq istəməsidir. Mənim könlümün səsiylə yaratdığım, övladım sayılan " Zərbi Divani" havamı ( aşıq Ulduzun yubileyində ifa etmişəm. Quzey Azərbaycan aşıqları bu havanın müəllifi olmağımdan xəbərdardı) şübhə altına alaraq məni plagiatlıqda təqsirləndirdi və bunu məclisdə söylədi. Bu söhbət yuxarı instansiyalara çatanda Məhərrəm ağa “Mənə də belə məlumat vermişdilər, üzr istəyirəm” sözləri ilə mövzunu yekunlaşdırmağa çalışdı. Amma görünür o bu söhbəti unutmaq istəmir. Bu gün ustad Zəlimxanın yerinə sədr seçilmiş Məhərrəm Qasımlı (mən onu yeni işinə görə Iran Aşıqlar Birliyi adından rəsmi təbrik də apardım, amma Məhərrəm ağanın dəftərindən bir səs çıxmadı) şəxsimə antipatiya yaratmağa çalışır. Mən bilmirəm bu ağa Məhərrəm İran Aşıqlar Birliyi yaranandan niyə bizinən düşmən oldu? Görəsən burda birlik yarananmağın məhərrəmə nə ziyanı var? Əgər məndə məhərrəm ağıya tay olsaydım Ulu Zəlimxanın İranda keçirdiyimiz anım günündə və ya Dədə Şəmşirin İrandakı Beynəlxalq Festivalında Məhərrəmə qarşı bir söz deseydim körpu çayın hansı tərəfində qalardı? Amma bir daha qayıdıram Azərbaycan Aşıqlar Birliyinin Sədri Məhərrəm ağanın mənə
qarşı munasibətinə və sözlərimə Ulu xalqımız və ustad Aşıqlarımız özləri qimət verəcəklər.
Ustad Aşıq ulduz xanımın tədbirində Məhərrəm Qasımlı mənim yaratdığım Zərbi divaniyə " Cin Divanı" havası dedi. Mən Məhərrəmə dedim ki, qayıdım Çindivanı havasını çalım, görərsən çindivanı nədi? Bu sözü eşıdən kimi ifa edə biləcəyimi bilən kimi o çox pərt oldu, hal bu ku Məhərrəm bəy qəsdən, bilə- bilə mənim haqqımı dandı və məni tədbirdə təşrifi olan dinləyicilərin qarşısında nahaqdan xıcalat elədi. Ssonra “Bu haqda danışarıq” deyərək söhbətə yekun vurdu. Sonra bir cümlədə özünü haqlı tanıtdırmaqa və güya məni məhkum etdi diyə üzünü zalda dinləyicilərə tutaraq dedi ki: bəlı belə olmaz kı xalqın “havasını” aşkara öz aduva çıxasan, dedi və mən istədim qayıdam elə o dəyqə “çindivanı” havasını çalam sabit edəm ki bax Çindivani havası budu sən bilmirsən, amma səhnənin arxasında təşrifləri olan aşıqlar icazə vermədilər və
Məhərrəm bəy mən o məclisdə bir “sənət oğrusu kimi camaata təqdim etdi. Bu söhbətləri AzTV kanalında var, çün o tədbiri mədəniyətə çəkirdilər. Və mutəxəssislər arayıb axtarıb tapa bilərlər. Əgər mən dediyimdən bir kəlmə oyan- buyan olsa mən qollarımı verməyə hazıram, amma bir qeyrətli oğul istərəm mənim kimi məzlumların haqqını alsın. Amma mənə haq verin ki mən həm elə o tədbirdə və həm indi Sözsüz ki, müəllifi olduğum " Zərbi Divani"ni qorumaq borcum idi. Mən Azərbaycan xalqının, ustad Aşıqlarından və solu saz ustadlarından təmənna edirəm: siz araşdırın və mən yaratdığım “Zərbi divani” havasını dinliyin və Məhərrəm ağanın dediyi Çindivani havasını da kı yəqin siz ustadlar yüz qat Məhərrəm ağadan yaxşı bilirsiniz. Çünku Məhərrəm kimi ağalarda sizin
kimi Ustad Aşıqlardan eşıdıb. Amma Məhərrəm ağadan sual edirəm ki, sən əgər bilirsən ki mən yaratdığım hava cindivanidi, bəs niyə məndən üzür istədin. Yox bilmirsənsə, bəs niyə mənim abırımnan oynadun? Sən aşıqların hüzurunda 500 dinləyicinin qarşısında məni xar elədin. Sən Allahın cavabını necə verəcəksən? Hər hansı olsa günahkarsan. Bax elə buna görə mən səni halal etmirəm, səni tapşırıram bir Allaha və dədə Ələsgərin ruhuna, səni tapşırıram muqəddəslərin ruhuna.
kim fəsadı yaratdı.
İran Aşıqlar Birliyinin sədri və qurucusu
aşıq Səlcuq Şahbazi