Kanadaya qara yollarla "daşınan" pullar kimə məxsusdur? -

12-09-2023, 18:29           
Kanadaya qara yollarla "daşınan"  pullar kimə məxsusdur? -
Kanadada yaşayan soydaşlar "Bizim Kanada" deyə facebookda qrup yaradıblar. Bu səhifədə tez tez bu tip yazılara rast gəlmək olar. Son bir ayda iki fərqli və naməlum səhifələrdən Kanadaya pul köçürülməsi ilə bağlı statuslar paylaşılır. Bucür paylaşımlar adətən gizlin yollarla, qara yollarla Azərbaycandan pul çıxarılmasına hesablanıb. Mənim şəxsi iddiam və şübhələrim bu pulların Fuad Muradova bağlılığının olmasıdır. Şəxsi düşüncəm və qənaətimdir. Araşdırma aparmaq və məsələyə hüquqi qiymət vermək, hüquq mühafizə orqanlarının işidir. Bu pulları Azərbaycandan hansı məqsədlə çıxarırlar və niyə bucür yollarla?
Mənim şəxsi iddiam bu pulların Fuad Muradova bağlılığının olmasıdır. Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Baş #Prokurorluq bu faktı araşdırmalıdır. Məndə olan məlumata görə Komitə rəhbərliyində təmsil olunan şəxsin yaxın qohumu və etibarlı adamı Kanadada yaşayır . Çünki Muradovun Amerikada biznesinin olduğuna dair iddialar da səsləndirmişik , bu fakt isə Komitə rəhbərliyi tərəfindən təkzib olunmayıb. Digər tərəfdən Amerikaya pul keçirməyin ən "yaxşı yolu" məhz Kanadadır. Deyə bilərsiz ki, Amerikada da bu işləri görmək mümkündür. Zənnimcə burada Kanada faktı diqqəti ABŞ-dan yayındırmaqdır.
Mən hüquq mühafizə orqanlarını bu faktı araşdırmağa çağırıram!


Rəşad Quliyev
Dünya Azərbaycanlıları Assambleyası sədri
Teref.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.