Krediti olanlara yeni təzyiq metodu – BANK FIRILDAĞI

8-07-2016, 09:21           
Krediti olanlara yeni təzyiq metodu – BANK FIRILDAĞI
Devalvasiyalardan sonra banklar problemli kreditlərini qaytarmaq üçün müxtəlif variatnlara əl atır. Bu, hətta təhdid, şantaj həddinə çatır. Yəni pulları qaytarmaq naminə qanun pozuntusundan belə çəkinmirlər.
Məsələnin hüquqi müstəvidə həlli, yəni məhkəmə qaydasında tənizmlənməsi həm vaxt baxımından (Çünki proseslərin qərarla nəticələnməsi əhəmiyyətli vaxt tələb edir ki), həm də maliyyə itkisi baxımından banklara sərf etmədiyindən müxtəlif vasitələrlə borc yiyələrini ödəməyə məcbur etmək istəyirlər.
İndi isə yeni bir tələ hazırlayıblar. Demək, krediti olan kəsin adına hər hansı əmlak yoxdursa, onun qeydiyyatda olduğu mənzilin sahibini təhdid edirlər, mənzili müsadirə edib satacaqlar deyə. Məqsəd isə bəllidir, mülk sahibini qorxutmaq yolu ilə onun mənzilində qeydiyyatda olan şəxsə təzyiq etməsini saxlamaq. Bir çox hallarda isə bu metod bəhrəsini verir, əmlak sahibi mənzilinin əlindən alınacağından ehtiyat edərək borc sahibinə kreditini ödəmək üçün təzyiq edir, ya da onu qeydiyyatdan çıxarır.
Qanunvericilik isə bunu tamamilə istisna edir. Hüquqşünas Əkrəm Həsənov Milli.Az-a deyir ki, əgər borclu aldığı kredit müqabilində banka heç bir girov qoymayıbsa və ya yaxud onun adına mülk yoxdursa, bankın belə bir iddiası tamamilə absurddur. Borc sahibinin qeydiyyatda olduğu mənzilin kreditlə hər hansı aidiyyəti ola bilməz, çünki adam həmin mənzil üzərində sərəncam hüququna sahib deyil. Bu baxımdan bankın belə bir vasitədən istifadə etməsi qanuna ziddir.
Ə.Həsənov bildirdi ki, bankın bu təhdidi ilə bağlı qarşı tərəf hətta hüquq mühafizə orqanlarına müraciət edib, tədbir görülməsini istəyə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.