Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki park artıq bir müddətdir ki, hasarlanmış vəziyyətdədir.
Axar.az xəbər verir ki, hazırda yaşıllıq əraziyə mişar daşları tökülüb və qazıntı işləri aparılır. Parkın ərazisində nə tikildiyi barədə isə heç bir məlumatlandırıcı lövhə yoxdur.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, sözügedən ərazi xüsusi mülkiyyətdə olan torpaq sahəsidir.
Qeyd edək ki, Türk PA-nın və Binəqədi Gənclər Evinin yanında yerləşən park ərazisini xüsusi mülkiyyətə necə çevrildiyi və ərazisini kimin satdığı haqda bilgi verilməyib.