Bulvarda "Mirvari" kafe müştəriləri soyur - Etiraz

8-07-2016, 11:22           
Bulvarda "Mirvari" kafe müştəriləri soyur - Etiraz
Bu barədə facebook istifadəçilərindən olan Akif Qurbanov dünən facebook səhifəsində yazıb.

Statusu olduğu kimi təqdim edirik:

"Bulvarda Mirvari adlanan kafedə 4 nəfərlik çay içmək istədik. Dəstgah mütləq şərt olduğunu söylədilər, dedik ok. 22 manatlıq dəstgahda həcm elə müəyyənləşib ki, adama 1 kiçik türk adlanan рaxlava, 1 qaşıq mürəbbə, bir neçə dənə ləрə düşdü. Administratoru soruşdum sözümüzü deməyə, qarson gəldi ki, guya administrator yoxdu, sözümüzü ona deyək. Soruşdum ki, ikinci stəkan çayı içmək üçün yeni çaynik sifariş verməli olduğumuzu başa düşsək də bəs çayı nə ilə içək, yenidən dəstgah sifariş verməliyik?! Cavab: vallah biz kimik ki, nə verirlər onu gətiririk. Bir sözlə fürsətçilik edib soyurlar camaatı rəsmən, rəhbərliyi də çağıranda gizlənirlər. Bulvar İdarəsi də guya nəzarət edir!

Р.S. Çalışın yolunuz bura düşməsin."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru