Sabunçu sakinlərinin kabusuna çevrilən yol - VİDEO
14-09-2023, 12:07
Sabunçu rayonu, Nizami İsmayılov küçəsində avtomobil yolu sakinlərin kabusuna çevrilib.
Belə ki, yaxınlıqda məktəbin yerləşməsinə və sürət həddinin 30 km/s olmasına baxmayaraq avtomobil sürücüləri bu qaydalara əməl etmirlər.
Digər tərəfdən, ərazidə piyada keçidi olsa da, onun zolaqları silinib. Bu da yolu qarşı tərəfə keçən piyadalara çətinlik yaradır. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: