Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq - RƏSMİ AÇIQLAMA

14-09-2023, 13:34           
Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq - RƏSMİ AÇIQLAMA
Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufetlərin fəaliyyətinə dair məsələni ətraflı müzakirə etmişik.

Teref.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bütün təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq:

"Bu ildən etibarən Qida Təhlükəsizliyi İnstitutu naziriliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata keçirəcək. Keyfiyyətə nəzarət məsələlərinə, həmçinin məhsulların daşınması, çatdırılması, satılmasına xüsusi nəzarət prinsipləri tətbiq olunacaq. Ümid edirəm ki, gələcəkdə neqativ hallar ortadan qaldırılacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru