Diqqət! Bakının bu küçəsi sizi 20 AZN xərcə sala bilər - VİDEO

15-09-2023, 00:07           
Diqqət! Bakının bu küçəsi sizi 20 AZN xərcə sala bilər - VİDEO
Bakıda sürücülər ayırıcı zolaqları parklanma zonası bilərək avtomobillərini burada saxlayır. Daha sonra isə cərimə olunurlar.

Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Zaur Nudirəliyev küçəsi, “ASAN xidmət”in yaxınlığında yerləşən ərazidən gedir.

Sürücülər ayırıcı zolağı səhvən parklanma zonası bilərək avtomobillərini burada park edirlər.

Onlar burda avtomobillərini park edən zaman digər sürücülərə də maneə yaradır.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli “Xəzər Xəbər”ə bildirib ki, yollarda salınan ayırıcı zolaqlar nəinki parklama yeri, hətta hərəkət üçün qadağandır.

Qeyd edək ki, avtomobillərini bu ərazilərdə saxlayan şəxlər 20 manat məbləğində cərimə olunacaqlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru