Nikahla bağlı qanunvericilikdə dəyişiklik

15-09-2023, 12:56           
Nikahla bağlı qanunvericilikdə dəyişiklik
Nikahdan əvvəl İxtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi müayinəsi aparılacaq.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamında əksini tapıb.

Sərəncamda qeyd olunub ki, İxtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır. Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru