BQXK-nın avtomobilləri Xankəndi istiqamətinə hərəkət edir - FOTO/VİDEO
18-09-2023, 08:49
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndi istiqamətinə hərəkət edir.
Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, BQXK-ya məxsus avtomobillər (iki minik və bir yük) Ağdam rayonu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki postu keçiblər.
Avtomobillərin içərisindəki yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.