Ali Attestasiya Komissiyası plagiatlığa görə 26 nəfərə elmi dərəcə verilməsindən imtina edib

18-11-2023, 22:36           
Ali Attestasiya Komissiyası plagiatlığa görə 26 nəfərə elmi dərəcə verilməsindən imtina edib
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası plagiatlığa görə 26 nəfərə elmi dərəcə verilməsindən imtina edib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Komissiyadan məlumat verilib.

Belə ki, cari ilin əvvəlindən indiyədək elmi işlərdə müəllifinə və mənbəyinə istinad edilmədən digər müəlliflərin materiallarından istifadə edildiyinin aşkar olunması səbəbindən 26 nəfərə elmi dərəcələrin verilməsindən imtina olunub.

Bundan başqa, plagiat halları ilə əlaqədar cari il ərzində 17 nəfərə elmi adların, 3 nəfərə isə xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin tanınmasından (nostrifikasiya və təkrar attestasiya) imtina edilməsinə dair qərar qəbul edilib.
Teref. Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru