Bakıda sökünt – Sakinlərə 4 min AZN kompensasiya verilir – VİDEO

19-11-2023, 13:33           
Bakıda sökünt – Sakinlərə 4 min AZN kompensasiya verilir – VİDEO
Paytaxtın Nərimanov rayonunda söküntü işləri aparılır. Söküntü işləri heç də bütün sakinləri qane etmir.

Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsindən başlayan prosesdə əsasən fəaliyyəti dayandırılan obyektlər sökülür.

51 ailənin yaşadığı 5 mərətəbəli bina da söküntü planına daxil edilib. Əvəzində mənzil sahiblərinə kompensasiya təklif edilib.

Həmin məbləğ bəzi vətəndaşlar tərəfindən qəbul olunsa da, əksəriyyət bununla razılaşmayıb.

Sakinlərdən biri arb tv-yə bildirib ki, bir otağa 120 min kompensasiya verilir: “Kvadratına 4 min manat düşür. 3 otağa 280 min verlməli olduğu təqdirdə 175 min təklif olunub. Bu pulla yeni tikilidə bir otaqlı mənzil almaq mümkün deyil”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru