Boranıkəndin qaz problemi: “Sakinlər kol-kos yığır” - VİDEO
22-11-2023, 12:34
Salyanın Boranıkənd sakinləri qış qabağı yaşadıqları evləri tərk etmək məcburiyyətində qalıblar.
Belə ki, kənddə qaz sistemi illər əvvəl çəkilib.
Lakin kəndin köhnə Bakı-Astara şosesi yaxınlığındakı bir hissəsi bu sistemdən məhrumdur.
Burada isə 30-40 ailə yaşayır. Qaz xətti ilə kənd sakinlərini isə cəmi 500-600 metr məsafə ayırır.
Sakinlərin sözlərinə görə, isinmək üçün kol-kos yığırlar. Bəs qaz idarəsi vəzifə borcunu niyə yerinə yetirmir?
Məsələ ilə bağlı “Azəriqaz”dan bildirilib ki, regionlarda qazlaşma prosesi mərhələli şəkildə həyata keçilir. Növbəti mərhələdə bu yaşayış məntəqəsinin qazlaşması reallaşacaq.