Uzun illər işğal olunmuş ərazilərimizdə biznes qurub böyük sərvət qazanan şirkətlər hara getdi?
23-11-2023, 09:04
Görünən odur ki, bu məsələlər sanki unudulub. Baş Prokurorluq bu istiqamətdə açıqlamalar vermir. 20-30 il ərzində Qarabağda nəhəng biznes quranlar, Karabakh Telecom, MTC-Armenia, VEON, “Franck Muller Group”, bankların təsisçiləri olan xarici şirkətlər və s. hara getdilər? Bununla bağlı hesabatlar olmayacaqmı, kompensasiya ödəməyəcəklərmi? Görəsən onlarla maraqlananlar varmı? Eyni zamanda bu şirkətlərlə əməkdaşlıq edənlər, onların fəaliyyətinə dəstək verən təchizarçılar, vendorlar, texniki-texnoloji avadanlıq və proqram təminatı ilə təchiz edən qlobal şirkətlərin üzə çıxarılması, ən azı bir "qara siyahının" hazırlanması doğru olardı. Məsələn, həqiqətən, mənim üçün maraqlı olardı ki, Karabakh Telecom -a 4G texnologiyası ilə xidmət üçün hansı qlobal şirkətlər dəstək verib? Bununla bağlı informasiyalar isə elə də uzaqda deyil, fikrimcə, bu informasiyaların əsas daşıyıcısı Araik Arutunyandır, hansı ki "içəridə" dincəlir. Ümid edirəm DTX , yaxud Baş Prokurorluq bu informasiyaları artıq Araikdən alıb. Osman Gunduz Teref. Xocanın Blogu