Jurnalistdən ritorik sual: Bizim taksi sürücülərin Moskvadakılar kimi olması üçün nə lazımdır?
23-11-2023, 11:28

Bu yaxınlarda Moskvadan qayıdan dostlarımızdan biri orada taksi fəaliyyəti göstərən sürücülərin nəzakətli davranışından heyranlıqla danışdı. Deyir ki, taksi fəaliyyəti bizdən baha olsa da, sürücülərin özlərini aparması adama ləzzət edir. Onun etdiyi təsvirdən:
“Sürücü nəinki səninlə danışmır, heç gözucu belə sən tərəfə baxmır. Yalnız verdiyin suallara qısa və lokanik cavab verir. Arxada əyləşibsənsə, güzgünü elə nizamlayır ki, səni görməsin. Sən avtomobildən düşdünsə, o da düşür. Yük yerini (baqajı) özü açır, orada olan yükü götürüb lazım olan yerə kimi aparır ( təbii ki, çox uzaq məsafədən söhbət getmir). Kartla edilən ödənişə qəti etiraz etmir. Sonda səninlə təbəssümlə sağollaşır”.
Bizim əksər taksi sürücüləri isə nəinki maşınına minən xanımlara, hətta kişilərə belə girişməyə cəhd edir. İmkan düşdüsə xanım sərnişinə telefon nömrəsi verməyə cəhd göstərir. Heç ondan soruşulmadığı halda, güya əvvəl çox varlı olduğu, sonra “bankrota” getdiyi üçün taksi sürdüyünə dair nağıllar söyləyir.
Hətta elələri var ki, sifarişi edən xanımın nömrəsini sistemdən götürüb, ona yazmağa başlayır. Kişi sərnişinlərin isə başını dolanışığın çətinliyi ilə yorub, ondan maksimum artıq pul qoparmağa çalışır. Bizim taksi sürücülərin Moskvadakılar kimi olması üçün nə lazımdır?
Məhəmmədəli Qəribli
Teref. Xocanın Blogu