Bakının mərkəzində zibil küçəni basıb - VİDEO

24-07-2016, 13:22           

Xətai rayonu Əbilov küçəsində zibil küçənin ortasına tökülüb qalıb
Paytaxtın Xətai rayonu Əbilov küçəsində zibil küçənin ortasına tökülüb qalıb. Zibil qabları təmizlənsə də, ətrafına daşmış zibillər yığışdırılmayıb. Ərazi üfunət iyinə qərq olub.teref.az saytı xezerxeber.com-a istinadən bildirir ki, ərazidəki antisanitar vəziyyət ətrafdakı uşaqlar üçün daha çox təhlükə yaradır. Çünki tez tez zibilliyin içində oynayan uşaqları görmək mümkündür. Yerə tökülən zibilləri yığmaq əvəzinə mənzil kommunal sahəsinin işçiləri başqa variant da tapıblar. Yerə tökülmüş zibillər elə həmin ərazidə yandırılır. Vətəndaşlar qeyd edir ki, zibilliyin böyüməsinə bir səbəb də digər məhəllələrdə zibil qablarının az və ya ümumiyyətlə olmamasıdır.
Məsələ ilə əlaqədar 122 saylı mənzil-komunal istismar sahəsi ilə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verilmədi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru