Agentliyin bu dərəcədə reklama köklənməsi dövlət qurumu üçün də məqbul bir yanaşma deyil.

7-12-2023, 08:44           
Agentliyin bu dərəcədə reklama köklənməsi dövlət qurumu üçün də məqbul bir yanaşma deyil.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Sammit-dən sonra sosial mediada innovasiya və ekosistemlə bağlı reklamı dəhşət "xodlayıb"
Sanki Sammit-də bütün ekosistem problemlərimiz həll olub.
Sanki startap ekosistem üzrə 100 ölkə arasında 84 cü yerdə, innovasiyalarda isə 132 ölkə arasında 89-cu yerdə biz deyilikmiş.
Düşünürəm ki, hər addımda bu tip mənasız "sponsorluq" xoşagələn hal deyil.
Bildiyim qədər Nazirliyin rəhbərliyi də belə şeyləri xoşlamır.
Son zamanlar az-çox formalaşan dinamikanı inkişaf etdirmək lazımdır.
Resursları və zamanı mənasız yerə xərcləmək doğru deyil. Agentliyin bu dərəcədə reklama köklənməsi dövlət qurumu üçün də məqbul bir yanaşma deyil.
Düşünürəm ki, Agentliyin yerli ekosistem problemlərinin həllinə, startapların reyestri və xəritəsi məsələsinə, xaricdə adı olub özü olmayan İnnovasiyalar Evi məsələsinə, universitetlərlə iş məsələsinə, maraqlı tərəfləri toplayıb lokal ekosistem problemlərinin həllinə, İKT güzəştlərdən effektiv istifadə məsələlərinə daha çox diqqət və resurs ayırması doğru olardı.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.