TQDK-da Apellyasiya Komissiyası yaradıldı

25-07-2016, 12:52           

İyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından "Qaynarinfo.Az"a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına 25 iyul 2016-cı il tarixində saat 10‑dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.