Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Bu barədə Report-un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən (NK) məlumat verilib. Belə ki, NK-nin “2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün – sentyabrın 12-si və 13-ü Qurban bayramıdır. Sentyabrın 10-u və 11-i tarixləri şənbə və bazara təsadüf edir. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.