Azərbaycanda bu dərmanın satışı qadağan olundu

25-07-2016, 18:39           
Azərbaycanda bu dərmanın satışı qadağan olundu
Səhiyyə Nazirliyi “Bioparoks” dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib.
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın “EGİS Pharmaceutical PLC” şirkətinin istehsalı olan “Bioparox” adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyaların aşkar olunması səbəbi ilə dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru